XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 07:12

Obama Kubadan nə umur? – TƏHLİL

Amerika Latın Amerikasında möhkəmlənən çini sıxışdıra biləcəkmi?

ötən həftə Panamada keçirilən VII “Amerikaların sammiti”ndə ən gözlənilən məqam Barak Obama ilə Raul Kastronun simvolik əltutması oldu. Onların ölkələrini çoxillik qarşıdurma ayırır. Amerikanın Panamadakı işləri siyahısında Kuba birinci yerdə dururdu, lakin əslində, bu, Amerikanın Güney Amerikada varlığına və çinin bu bölgədə güclənən nüfuzunun önlənməsinə yönəlmiş daha geniş və iddialı planın tərkib hissəsi idi.

2001-ci il 11 sentyabr teraktlarından sonra Amerika xarici siyasəti dəyişimə məruz qaldı və ABŞ Kanada və Meksika, həmçinin Mərkəzi Amerika və Karib hövzəsi istisna olmaqla Quzey və Güney Amerikaya daha az diqqət ayırmağa başladı. O vaxtdan bəri Güney Amerikada solyönlü hökumətlər sürətlə güclənməyə başlayır, antiamerika bəyanları çoxalır və Amerikanın bölgəsl siyasi proseslərdən çıxdaş edilməsinə xüsusi önəm verən inteqrasiya təşəbbüsləri meydana çıxırdı. On beş ilə yaxın vaxt keçib və ABŞ-ın bu bölgədən gedişi ilə Rusiya, çin, hətta İran kimi başqa xarici oyunçuların iştirakının necə gücləndiyini görürük. Rusiya ən radikal antiimperialist kurs yürüdən və uyğun bəyanatlarla çıxış edən ölkələrlə yaxınlaşır. Rusiya orada energetika sektoruna yatırım qoyur və hərbi texnika tədarük edir. Digər yandan çin daha uzağa gedib: diqqəti bölgələrlə kommersiya əlaqələrinə cəmləyib və Güney Amerika ölkələrinə hər cür mallar satıb xammal almaqla, silah satmaqla və hətta Pekinin ən sıx əlaqələr qurduğu Vensuela, Argentina, Braziliya və Ekvador kimi dövlətlərin faktiki bankiri olub. Təkcə 2014-cü ildə Latın Amerikası ölkələri çindən ümumilikdə 22 milyard dollar kredit alıb, 2005-ci ildən bəri isə bu məbləğ 119 milyard dollar təşkil edir.

Ticarətə gəlincə, çin təsirinin artmasına əsas nümunə Argentinadır. 2014-cü ildə Argentinanın idxalının 16,5%-i çindən gəlib ki, bu da 1994-cü il göstəricisindən 3,4% çoxdur.

çXR 2001-cu ildən Latın Amerikasına ixracatın həcminə görə ABŞ-dan geri qalır, lakin Avropa Birliyini qabaqlayıb ikinci yeri tutur. ABŞ-ın çoxdan özünün arxa həyəti hesab etdiyi bölgədə çinin iştirak və nüfuzunun bu cür artması Obama administrasiyasında təşviş doğurur və bu ölkələrlə özünün kürəsəl “ağıllı güc” kursunun tətbiqi çərçivəsində əməkdaşlığın yenilənməsi üzrə yeni strategiya işləyib hazırlamağa vadar edir.

Kuba bu bölgədə Amerikaya ideoloji və simvolik müqavimətin lideri hesab olunmaqla ABŞ-dan diplomatik planda uzaqlaşmış Latın Amerikası bölgəsinin dəyərləndirilməsində açar ünsür oldu. çünki bu adaya qarşı embarqo təkcə ikitərəfli münasibətlərdə əks olunmayıb, həm də Amerika ilkə Latın Amerikası arasındakı mübahisədə açar sual olub. Bölgə uzun illər boyu sərt mövqe tutub və Kubanı amerikalaraarsı sistemə qoşmağı tələb edib. Bu səbəbdən Kastro rejimi ilə münasibətlərin qaydaya salınması üzrə istənilən təşəbbüs Ekvador, Boliviya və Venesuela kimi antoqonistlər daxil olmaqla bölgənin qalan dövlətləri ilə dialoq üçün əlverişli şərait yaradacaq.

Venesuelada Maduro hökuməti (Uqo çavesin mirasına əsaslanaraq) Rusiya, çin və İranla münasibətləri möhkəmləndirib və əvvəlki administrasiyanın siyasətini davam etdrir. Asiyanın nəhəng iqtisadiyyatına neft ixracatının artması buna nümunədir. 2006-cı ildə çinə neft ixracatı gündə 50 min barrel idisə, 2014-cü ildə gündəlik 600 min barrelə qədər yüksəlib. İxracatın bu cür artımının məqsədi ABŞ ixracatından asılılığı azaltmaq, həmçinin bu gün 56 milyard dolları aşan çin kreditləri üzrə borcu ödəmək olan daha genişmiqyaslı strategiyanın tərkib hissəsidir.

çin həm də Venesuelada çoxlu şirkətlər alıb genişləndirməklə, həmçinin Karakasın silahlı qüvvələrinə təyyarələr, radiolokasiya stansiyaları, zirehli maşınlar və helikopterlər tədarük etmək üçün iri müqavilələr bağlamaqla yatırımlarını çoxaldır.

çin bölgənin digər – Argentina və Ekvador kimi daha iddiasız ölkələrinə də öz təsirini yayır. Argentina başçısı Kristina Fernandes de Krişner Pataqoniyada çin hökumətinin tam şəkildə nəzarət edəcəyi “Kosmik tədqiqatlar üçün obyekt”in yaradılmasını nəzərdə tutan müqavilə bağlayıb. Bu obyektin təyinatı və funksiyası barədə, demək olar, heç bir təfərrüat məlum deyil. Təhlükəsizlik məsələləri üzrə ekspertlərin əksəriyyəti bu fikirlə şərikdirlər ki, bu obyektin təyinatı qətiyyən aydın deyil, lakin qeyd edirlər ki, ikiqat təyinatlı texnologiyaların tətbiqi ondan kəşfiyyat məlumatlarının toplanması üçün platforma kimi istifadə etməyə imkan verə bilər.

Argentina da çin kreditləri əldə edir və çXR-a önəmli xammal tədarükçüsüdür.

Panamadakı sammitə qayıdılsa, aydın olur ki, o, Obamanın xarici siyasət cəhdləri üçün uğurlu olub, çünki nəticədə Kastro ilə birgə zəruri mənzərə ortalığa çıxdı və birgə mətbuat konfransı keçirildi. Lakin daha mühüm olan budur ki, ABŞ-la Latın Amerikası və Karib hövzəsi ölkələri ilə münasibətlərin yeni başlanğıcı qoyuldu. Bundan əlavə, bu mərhələdə Maduro hökumətinin bölgədə dəstəyi itirdiyi bir məqamda onunla qarşıdurmadan yayınmaq mümkün oldu.

Braziliya prezidenti Dilma Rusef CNN-ə praym-taymda müsahibə verərkən Güney Amerika Birliyinin Vensueladakı siyasi məhbusların azad edilməsində “son dərəcə maraqlı olduğunu” bildirəndə Venesuela çavizmi sammit ərəfəsində böyük uğursuzluğa düçar oldu.

Sammit ərəfəsində Uruqvay xarici işlər naziri siyasi məhbusların həbsi və yürüşçülərə qarşı odlu silah tətbiqinə icazəyə görə Venesuelanı kəskin şəkildə ittiham edərkən daha bir zərbəni Uruqvay endirdi. Nazir həm də bildirdi ki, onun ölkəsində bu cür hərəkətlər, sadəcə, ağla gəlməz.

Liderlər sammitdən əvvəl Venesueladakı “kəskin demokratik böhranı” danışıqlar yolu ilə tənzimləməyi tələb edən bəyannamə təqdim etdilər.

O gündən bəri bəyannaməyə 33 keçmiş prezident imza atıb ki, bu da Venesuelaya daha böyük basqı göstərib.

Obamanın strategiyasında xeyli az müzakirə edilən daha bir aspekt var. Dövlət Departamentinin yüksəkrütbəli diplomatı Tomas Şennon onun Panamaya səfərindən öncə Venesuelaya yollanıb hökumətlə danışıqlar apardı, həmçinin Karakasdakı Amerika səfirliyində müxalifət liderləri ilə görüşdü.

ümumilikdə sammitdə “bolivarianlılar” sırasından sərt siyasət tərəfdarlarını ancaq arxa planda görmək mümkün idi. Obama ilə Kastronun barışdırıcı bəyanatları Qərb yarımkürəsində yeni münasibətlərin başlanğıcını qoydu. Maduro, Morales və Korrea köhnəlmiş çıxışlardan və məzmunsuz boşboğazlıqdan başqa yeni heç nə təklif etmədilər.

Lakin ən önəmlisi bundan ibarətdir ki, ABŞ bu sammitə rəsmən qatılmyan, lakin hər halda Qərb yarı
mkürəsinin gündəliyində əzəmətli rol oynayan və sammitin əsas siması olan çinə üstün gəlmək üçün bir sıra addımlar atdı.

İndi bu bölgə ABŞ-ın Transatlantika Tərəfdaşlığına (TAT) dəstək alyanslarının möhkəmlənməsinə hədəflənmiş yeni qitə strategiyasında önəmli yer tutub və çinin ötən ilin noyabrında Pekində Asiya-Sakit okean İqtisadi Birliyinin (ASİB) sammitində yaratdığı Asiya-Sakit okean azad ticarət Zonasına (ASAZT) qarşı olmalıdır. Əgər TAT-a cəmi 12 üzv ölkə daxildirsə, AZAST ASİB-in ikiillik araşdırmadan sonra saziş üçün texniki əsaslandırması hazırlanacaq 22 dövlətini birləşdirməyə hədəflənib. Pekinin reaksiyası müəmmalıdır, lakin Latın Amerikasının artmaqda olan strateji əhəmiyyəti danılmaz olur. Nəticə etibarilə dünyanın bu guşəsində ABŞ, çin və digər fövqəldövlətlərin mövqelərin möhkəmləndirilməsi uğrunda güclənən rəqabətinin birinci mərhələsinin şahidi olacağıq.

Aqustino Fontevekkia

“Forbes” dərgisi (ABŞ)