XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2018 - 19:24

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin yaxın vaxtlarda Cənubi Qafqaza səfəri gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov özünün “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki 30-a yaxın daimi nümayəndəsi səfər edəcək. Azərbaycanın ATƏT-dəki səfiri eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətinin tərkibində iştirakına qarşı çıxır.

Q.İsrafilovun sözlərinə görə, səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.