XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 May 2018 - 19:50

Deputat etiraz etdi:“Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz”

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin qəbulu ilə bağlı “Normativ hüquqi aktlar  haqqında” Konstitusiya qanununa dəyişiklik nəzərdə tutulur.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında komitə sədri Əli Hüseynli deyib.

O qeyd edib ki, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi çox mühüm sənəd olduğu üçün o, normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir.

Millət vəkili Qüdrət Həsənquliyev isə normativ hüquqi aktlarla bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikiyi ölkə Konstitusiyasına zidd adlandırıb. O bildirib ki, MM-in səlahiyyətləri başqa bir quruma verilə bilməz: “Burada isə az qala Milli Məclisin səlahiyyətləri başqa qurumlara verilir. Bu, Konstitusiyamıza tam ziddir. Hansısa qurum, özü də beynəlxalq qurum bizim əvəzimizdən normativ hüquqi sənədlər qəbul edə bilməz. Amma təklif olunan dəyişikliklə sanki bu hüquq Milli Məclisdən alınıb başqalarına verilir. Biz bunu qəbul edə bilmərik”.