“Rəcəb Tayyip Ərdoğan birinci turda prezident seçiləcəyinə ümid edir”.
Bunu “Sputnik Azərbaycan”a 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkiləri öncəsi vəziyyəti şərh edərkən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, hazırda Türkiyədə bütün namizədlərə bərabər şərait yaradılıb: “Hazırda Ərdoğanın reytinqi yüksəkdir. İkinci turda olsa belə, onun prezident seçilmək şansı çoxdur. Ancaq o da mümkündür ki, Ərdoğanın partiyası seçkilərdə səs itirsin. Müxalifət çalışacaq ki, prezident seçkilərində qələbə qazanmasa da, parlament seçkilərində daha çox səs toplasın”.
İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.