XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2018 - 15:12

Qurban Məmmədovun mühacirətə getdiyi təsdiqləndi:"Buna məcbur elədilər"

Azərbaycanın tanınmış hüquqşünaslarından biri, “Hürriyyət” qəzetinin  keçmiş təsisçisi Qurban Məmmədov siyasi sığınacaq almaq üçün Britaniya Krallığına müraciət edib.

Strateq.az xəbər verir ki, bu haqda məlumatı Gununsesi.info saytı onun yaxınlarına istinadla yayıb.

Qurban Məmmədov isə artıq siyasi mühacir olduğunu təsdiqləyib: “Təəssüf ki, buna məcbur elədilər”.

Bildirilir ki, hazırda Böyük Britaniya Krallığında olan Qurban Məmmədovun bu addımı atmasına səbəb onun yenidən həbs edilmə ehtimalı olub.

Qeyd edək ki, Q.Məmmədov bir neçə dəfə siyasi məhbus həyatı yaşayıb.