XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2018 - 12:28

Avropa İttifaqının rəhbərləri prezident İlham Əliyevə məktub göndərib –"Ümidvarıq ki, əməkdaşlığımız bundan sonra da davam edəcək"

 

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli Prezident.

İcazə verin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə səmimi təbriklərimizi çatdıraq.

Bu 100 illik yubiley münasibətilə ölkənizə daimi uğurlar arzulayırıq. Ümidvarıq ki, əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirik”. (Azərtac)