XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

31 May 2018 - 13:34

Siyavuş Novruzovdan banklara etiraz:“Kredit faizləri çox yüksəkdir...”

2017-ci ildə biz bu məsələni qaldırdıq. Düzdür manatın dayanıqlılığı çox gözəldir. Ancaq məsələ qaldırıldı ki, Azərbaycanda banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər”.

Bunu “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə, Azərbaycanda orta və kiçik sahiblarlıq kreditlərdən yararlana bilmir ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın.

“2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin? Yaxşı hallardan biri ondan ibarətdir ki, prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinə, həm də əlillərə müavinətlərin ödənilməsi ilə bağlı sərəncam imzalandı. Ancaq bununla yanaşı digər bu qəbildən olan məsələlər var ki, onlar da öz həllini tapmalıdır”. (Modern.az)