XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

31 May 2018 - 16:33

Günter Ottinger:"Azərbaycan və Avropa İttifaqı bir-birinə daha da yaxınlaşır"

“Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq qurulub, tərəflər bir-birinə daha da yaxınlaşır”.

Bunu “Report”a Avropa İttifaqının (Aİ) büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib.

O xatırladıb ki, 2011-ci ildə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün sənəd imzalanıb: “Avropa tezliklə Gürcüstan və Türkiyə, oradan da Yunanıstan, Bolqarıstan, Qərbi Balkan ölkələri və İtaliya vasitəsiylə Azərbaycandan qaz alacaq”.

Bakıda keçirilən “Xəzər Neft və Qaz” konfransı barədə danışan G.Ottinger tədbirin qlobal səviyyəyə çatdığını qeyd edib. Onun sözlərinə görə, bu, siyasətçilər və regional oyunçular üçün əhəmiyyətli konfransdır, eləcə də bütün dünyadan olan insanların görüşərək qarşılıqlı faydalı məsələləri müzakirə edə biləcəyi yerdir.