XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

31 May 2018 - 20:56

Avrokomissar:"Aİ və Azərbaycan 2030-cu ilə qədər əməkdaşlıq planını hazırlamalıdır"

Avropa İttifaqı (Aİ) və Azərbaycan 2030-cu ilə qədər əməkdaşlıq planını hazırlamalıdır.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib.

Avrokomissar bildirib: “Neft-qaz və alternativ energetika sahəsində Azərbaycanın potensialı yaxşı təəssürat oyadır. Azərbaycanda alternativ enerji mənbələrinin inkişafından danışarkən biz günəş enerjisi, hidroenergetikanın inkişafı üçün böyük imkanları xüsusi vurğulaya bilərik”.

G.Ottinger həmçinin “Cənub Qaz Dəhlizi”nin Aİ və Azərbaycan əməkdaşlığının inkişafında əhəmiyyətini qeyd edib:

“2011-ci ildə “Cənub Qaz Dəhlizi”nin potensialı barədə yalnız kiçik təsəvvürümüz var idi. Bu gün isə bu layihə artıq reallığa çevrilib. Artıq 2020-ci ildə qaz Azərbaycandan Avropa bazarına, İtaliya və Yunanıstana çatacaq, lakin biz hələ bu istiqamətdə gələcək fəaliyyət planını işləyib hazırlamalıyıq”.