XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2018 - 11:50

Həmsədrlər Ermənistana səfər edəcək –Vaxtı açıqlandı

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Ermənistana səfərinin vaxtı açıqlanıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan səfərin iyunun 13-də baş tutacağını bildirib.  Qeyd edək ki, həmsədrlər Azərbaycan xarici işlər işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə görüşdən sonra yaydıqları bəyanatlarında iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparacaqlarını bildirmişdilər.