XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 13:16

Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi AŞPA-da qaldırılıb

Millət vəkili Qənirə Paşayeva AŞPA sessiyasında təşkilatı Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad etmələri üçün Ermənistana təzyiq etməyə çağırıb.

Strateq.az APA-ya istinadən xəbər verir ki, bu gün Avropa Şurası parlamenr assableyasının yaz sessiyasının ilk günündə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nı Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad etmələri üçün Ermənistana təzyiq etməyə çağırıb. O, bu istiqamətdə səyləri artırmaq üçün AŞPA-ya müraciət edib:

“Bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. Bu günə qədər də bütün beynəlxalq çağırışlara, o cümlədən Avropa Şurasında bir sıra həmkarlarımız tərəfindən edilən çağırışlara baxmayaraq ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq. ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız”.