XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

05 İyun 2018 - 19:10

XANKƏNDİNDƏ BAŞ VERƏNLƏRƏ İRƏVAN ERMƏNİLƏRİNDƏN BAXIŞ:"Artsax hamıya göstərə bilər ki, modern siyasi vahiddir"

Aram Amatuni

“1in.am”, Ermənistan, 04 iyun 2018-ci il

 

Arsaxda (qondarma “DQR” nəzərdə tutulur, tərcümədə müəllifin mövqeyi saxlanıb– tərc.) yaranmış durum, təbii olaraq, Ermənistanda, əsasən, Arsaxda sabitliyin pozulmasının hərbi vəziyyətlə əlaqədar məlum səbəblərə görə yolverilməz olmasının yaratdığı narahatlıq formasında böyük rezonansa səbəb olub. Bu, təbii narahatlıqdır, başqa cür ola da bilməzdi. Ancaq Arsaxda belə narahatlığın yaranmasına, xüsusən də bu gün Ermənistanda müxtəlif səviyyələrdə səslənən ümidsiz iddialara və qənaətlərə səbəb olan bir durum varmı?

Arsaxda baş verən bir məişət hadisəsi siyasi gündəliklə davam edən ictimai etirazlara səbəb olub. Vəziyyətin maraqlı nüansı ondan ibarətdir ki, bu iğtişaşlar miqyaslı deyil, lakin misilsizdir.

Beləliklə, demək olar ki, illüziyalara səbəb olan konkret problem ondan ibarətdir ki, Arsaxda heç bir halda hətta 10 nəfər belə, hər hansı bir siyasi və ya ictimai tələblə aksiya keçirməyib. İndi onlarla və ya yüz adam etiraz aksiyası keçirməklə, hər hansı bir siyasi gündəlik açıqladıqda, bu, destabilizasiya kimi qiymətləndirilir.

Əgər Ermənistanın nöqteyi-nəzərincə, bu, illüziyadırsa, onda bütün bunlar tezliklə keçəcək. Yox, əgər illüziya deyilsə, onda bu, artıq özü-özlüyündə Arsax üçün daha təhlükəlidir, nəinki birbaşa Arsaxda baş verən və təzahürlərində hazırda həyəcan üçün heç bir əsas olmayanlar.

İş ondadır ki, bu halda Ermənistandan səsləndirilən “həyəcan siqnalları” Arsaxda gedən çox təbii ictimai-siyasi proseslərə onu Ermənistandakı hansısa dairələrə lazım olan məcraya yönləndirməkdən ötrü müdaxilədən başqa bir şey olmaz.

Arsax tanınmayan, lakin baş tutmuş siyasi qurumdur, təbii ki, özünəxas hərbi-siyasi xüsusiyyətləri mövcuddur. Lakin bununla birlikdə, Arsaxın öz siyasi həyatı ilə həm yaşama təcrübəsi, həm də qabilliyyəti vardır. Hər hansı bir etirazsa dövlət həyatının, ictimai-dövlət orqanizminin təbii, – istənilən halda, hazırda baş verən forma və məzmunda, – təzahürüdür. Deməli, Arsax cəmiyyəti və ya hakimiyyətinin hər hansı bir təbəqəsinin öz ölkəsinin təhlükəsizlik problemlərini və ya sabitliyinin mühümlüyünü Ermənistanda olan kimdənsə daha az dərk etdiyini hesab edərək, Arsaxın ictimai-siyasi “həzm prosesi”nə Ermənistandan illüzor və ya, bir sıra hallarda olduğu kimi, çox narahatlıqla müdaxilə etməyə cəhd göstərmək lazım deyil. 

Bundan başqa, yaranmış vəziyyət Arsax hakimiyyət orqanları, Arsax dövlətçiliyi üçün, əlbəttə, müəyyən çağırış olmaqla bərabər, eyni zamanda hamıya, o cümlədən xarici dünyaya özünün, həqiqətən, hakimiyyət-cəmiyyət dialoqu, siyasi və sivil münasibətlər vasitəsilə öz daxili ictimai-siyasi problemlərini və fikir ayrılıqlarını həll edə bilən, siyasi sistemini islah etməklə, modernləşdirməklə irəli gedə bilən həyatqabiliyyətli və baş tutmuş bir siyasi vahid olduğunu göstərməkdən ötrü müəyyən bəhanədir. Özü də, bütün bunlar daimi müharibə təhdidi və döyüşkən qonşu-rəqibin mövcudluğu şəraitində baş verir.

Əgər bu məsələdə Arsaxa kömək etmək lazımdırsa, bu, yalnız mane olmamaqla, xüsusən də, yersiz panika olmadan, hay-küysüz edilməlidi.

Tərcümə Strateq.az-ındır