XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 13:49

“Beynəlxalq Bankın yeni sədri iyulda seçiləcək” – Nazir

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin yeni sədri 2015-ci ilin iyulunda səhmdarların ümumi yığıncağında seçiləcək.

Strateq.az Ans-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.

Onun sözlərinə əsasən, bankın İdarə heyətinin üzvlərinin səlahiyyət müddəti bu ilin iyulunda başa çatır: “Həmin vaxt səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda İdarə heyətinin yeni sədri seçiləcək”.

ABB-nin özəlləşdirilməsi məsələsinə gəlincə, nazir qeyd edib ki, bu məsələ heç vaxt gündəmdən düşməyib: “Hökumət strateji vacib aktivlər istisna olmaqla ona məxsus aktivlərin özəlləşdirilməsinə həmişə hazır olmalıdır. Azərbaycan Beynəlxalq Bankına gəlincə, hökumət bu məsələdə də eyni fikirdədir”.