XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

05 İyun 2018 - 23:11

İran Rusiyaya səsləndi:“Suriyanın daxili işlərinə qarışma!"

İranın Dəməşqdəki keçmiş səfiri və İran xarici işlər nazirinin müşaviri Hüseyn Şeyx əl-İslam  Moskvanı Suriyanın daxili işlərinə qarışmamağa çağırıb.

Strateq.az Livanın “Аrаbi21” portalına istinadən xəbər verir ki, Hüseyn Şeyx əl-İslam İran qoşunlarının Suriyada iştirakı haqda Rusiyanın mövqeyinə cavabda bildirib: “Rusiya suriyalıların daxili işlərinə qarışmamalıdır.Kimin Suriyada qalacağını, kimin tərk edəcəyini müəyyən etməyə haqqı çatan yeganə tərəf Suriya hökumətidir”.

Hüseyn Şeyx əl-İslam Suriya xarici işlər naziri müavini Feysəl əl-Miqdadın bəyanatını yada salıb – onda deyilir ki, İran qüvvələri və “Hizbullah” Suriya hökumətinin rəsmi xahişilə Suriyadadır. O habelə qeyd edib ki, bu qüvvələr Suriyada iştirakı davam etdirəcəklər.

İran XİN müşaviri Rusiyanın deyil, İranın Əsədin ən yaxın müttəfiqi olduğunu təsdiqləməkdən imtina edib. O deyib: “Kimin onlara hamıdan daha yaxın olduğunu prezident Əsəd və Suriya hökuməti həll edir”.