XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

11 İyun 2018 - 14:45

Lukaşenko İlham Əliyevə məktub göndərdi:“Problemlərlə bağlı eyni mövqedən çıxış edirik”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Report”un Belarus prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təbrikdə iki ölkə arasında əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edilib.

“Hər iki dövlət çoxtərəfli platformalarda bir-biri ilə faydalı şəkildə əməkdaşlıq edir, əsas beynəlxalq problemlərlə bağlı eyni mövqedən çıxış edirlər. Birgə səylər nəticəsində iqtisadi əməkdaşlığın möhkəm əsası qoyulub, sənaye sahəsində bir sıra layihələr icra olunur”, – məktubda vurğulanıb.

Məktubda həmçinin qarşılıqlı etimada söykənən Belarus-Azərbaycan əlaqələrinin gələcəkdə də hər iki ölkənin rifahı naminə dinamik şəkildə inkişaf edəcəyi bildirilib.