XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

11 İyun 2018 - 20:50

Azərbaycan QHT-lərinin durumu AŞPA-da müzakirə ediləcək –Gündəliyə salındı  

  

İyunun 25-dən 29-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcək.

Sessiyanın ikinci günündə Lüksemburqlu deputat İv Kruşenin Rusiyada, Azərbaycanda və bir sıra digər ölkələrdə QHT-lərin hüquqlarının pozulması haqqında məruzəsi deputatların mühakiməsinə çıxarılacaq.

AŞPA-nın məlumatına görə, məruzənin yazılmasının təşəbbüskarı Hüquqi məsələlər və İnsan Hüquqları Komitəsi olub.

2016-2018-ci illərdə baş verən hadisələri təhlil edən Komitə Avropa Şurasının üzvü olan bir sıra ölkələrdə QHT-lərin fəaliyyətinə qoyulan yeni qanunvericilik məhdudiyyətlərindən və onlara qarşı getdikcə daha çox düşməncəsinə münasibət göstərilməsindən narahatlığını ifadə edir.

Azərbaycanda və Rusiyada QHT-lərin xaricdən maliyyələşdirilməsini məhdudlaşdıran qanunların tətbiqi nəticəsində onların iş şəraiti pisləşməkdə davam edir. Komitə Türkiyədəki vəziyyətdən xüsusilə narahatdır, burada fövqəladə hal elan edildikdən sonra 1600 assosiasiya və fond bağlanıb.

“Avropa Şurasının üzvü olan dövlətlərə assosiasiya azadlığı hüququna tam şəkildə hörmət etmək və müvafiq qanun layihələri ilə bağlı vətəndaş cəmiyyəti ilə məsləhətləşmək təklif olunur. Avropa Şurası QHT-lərə qoyulan məhdudiyyətlər haqqında xəbərdarlıq mexanizmi yaratmalı və onlarla əməkdaşlığı möhkəmləndirməlidir”, – məruzə layihəsində bildirilir.

Xatırladaq ki, 2014-cü ildən etibarən Azərbaycanda vətəndaş cəmiyyətinə aid qanunvericilikdə çoxsaylı məhdudlaşdırıcı dəyişikliklər edilib, 40-dan çox QHT-yə cinayət işi açılıb.

Amerikaninsesi.org