XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 05:18

Elmar Məmmədyarov şərtləri açıqladı – Şərq Tərəfdaşlığı

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Avropa İttifaqının birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən 6-cı görüşündə çıxışı zaman deyib:

“Biz bununla əlaqədar olaraq Aİ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar olaraq qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq”.

Nazir bildirib ki, Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib:
Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, digər münaqişənin başlanması da daxil olmaqla, bütün Şərq Tərəfdaşlığı regionuna çoxsaylı çağırışlar gətirib. Şərq Tərəfdaşlığı məkanında bütün münaqişələr oxşar ssenari üzrə cərəyan edib və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarıb. Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır. Təhlükəsizliklə bağlı davamlı problemlərin olmasına baxmayaraq, Vilnüsdən sonrakı dövrdə Azərbaycan-Aİ ikitərəfli münasibətlərində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Enerji sahəsində strateji tərəfdaşlıq Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan tərəfindən həyata keçirilən konkret tədbirlər sayəsində əhəmiyyətli dərəcədə inkişaf edib. Cənub Qaz Dəhlizinin Bakıda və daha sonra TANAP-ın Türkiyənin Qars şəhərindəki təməlqoyma mərasimləri Azərbaycanın Avropa bazarına alternativ qaz təchizatın qətiyyətli öhdəliyinin aydın təzahürü idi. Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti cənab Maroş Şefçoviçin dəstəyi ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası 12 fevral 2015-ci il tarixində Bakı şəhərində keçirildi. Növbəti iclasın yaxın zamanda Türkiyədə keçirilməsi planlaşdırılır”.
E.Məmmədyarov əlavə edib ki, Vilnüs Sammiti zamanı və ondan sonra Mobillik üzrə tərəfdaşlıq, viza sadələşdirilməsi və readmissiya sazişlərinin imzalanması ümumi məqsədlərimizin praktik icrası üçün zəruri əsas yaradıb:
“Azərbaycan Aİ tərəfindən Avropa Qonşuluq Siyasətinin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılan ictimai məsləhətləşmələri müsbət qiymətləndirir. Bununla əlaqədar olaraq, mən AQS-in nəzərdən keçirilməsində 4 mühüm məqam – fərqləndirmə, sahiblik, fokuslaşma və çeviklik üzrə müşahidələrimi bölüşmək istərdim. Azərbaycan Şərq Tərəfdaşlığının ikitərəfli səviyyədə daha böyük fərqləndirmə siyasətinin ilkin şərti kimi prioritet-verilən və layihə-əsaslı əməkdaşlığın qarşılıqlı fayda üçün müsbət nəticə vəd etməsindən əmindir. Bu prioritetlər Azərbaycanın geo-iqtisadi əhəmiyyəti və geosiyasi mövqeyi, eləcə də, onun xarici siyasətinin əsas prinsipləri nəzərə alınaraq işlənib hazırlanmalıdır”.
Nazir həmçinin bildirib ki, sahiblik bərabər tərəfdaşlıq və tərəflərin universal dəyərlərin və beynəlxalq hüququn əsas prinsiplərinə qarşılıqlı sadiqliyindən başlamalıdır, çünki onlar tərəflər arasında etibarlı münasibətlərin qurulmasının özülünü təşkil edir:
“Bu amil tərəfdaşlara münasibətdə seçici yanaşmaların istifadəsi nəticəsində tərəfdaşların Aİ-yə yaxınlaşmasına mənfi təsir göstərdiyi Şərq Tərəfdaşlığı coğrafiyasında Aİ-nin iştirakının müvəffəqiyyəti üçün həyati əhəmiyyətə malikdir.
Bu, Azərbaycan-Aİ əməkdaşlığında maraqların birləşdirilməsi və faydaların müəyyən edilməsinə kömək edəcəkdir. Aİ ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişaf, enerji, internet bağlılığı (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır. Eyni zamanda Aİ-nin AQS zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmək niyyətini nəzərə alaraq, Azərbaycan mövcud çoxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsini paylaşmaqda çox maraqlıdır”.