XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

15 İyun 2018 - 14:25

Kremldən açıqlama:“İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir”

 “Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Moskvada görüşü ilk tanışlıq idi”.

RİA Novostinin  verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O bildirib ki, gələcək görüşlər barədə danışmaq isə hələ tezdir.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ötən gün “facebook” səhifəsində Moskvada Rusiya prezidenti Vladimir Putin vasitəsi ilə Azərbaycan prezidenti İlham Əliyevlə tanış olduğunu bildirib.