XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

15 İyun 2018 - 14:33

Gürcü politoloq:"Azərbaycana arxa çevirmək olmaz"

 

“Gürcüstan baş nazirinin istefa verməsi və hökumətdə dəyişiklik demokratik prosesdir. Əsas odur ki, bu dəyişiklik cəmiyyətin xilasına və ölkənin iqtisadi inkişafına səbəb olsun”.

Bu fikirləri “Report”un Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq Gela Vasadze deyib.

Onun sözlərinə görə, hökumət dəyişikliyi qonşu ölkələrlə münasibətlərə xələl gətirməməlidir: “Düşünürəm ki, Gürcüstanda hökumət başına kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlər dəyişməyəcək. Azərbaycan bizim əzəli qonşumuz və dostumuzdur. Gürcüstanda hamı Azərbaycanın bizə necə dost olduğunu, ağır günlərimizdə bizə necə yardım göstərdiyini yaxşı bilir. Bunu unutmaq, Azərbaycana arxa çevirmək olmaz. Ona gorə də hesab edirəm ki, Gürcüstanda hökumət dəyişikliyi Azərbaycanla münasibətlərə mənfi təsir göstərə bilməz”.

G.Vasadze baş nazir vəzifəsinə yeni namizəd barədə də fikirlərini bolüşüb: “Mamuka Baxtadze “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası sədrinə yaxın adamdır. Gənc olmasına baxmayaraq, gürcü elitasında yaxşı tanınır. Onun baş nazir vəzifəsində namizəd kimi verdiyi ilk bəyanatlar da ürəkaçandır. Mamuka Baxtadze ölkədə iqtisadi azadlıq, azad sahibkarlıq və vergilərin azaldılması ilə bağlı müəyyən təkliflər irəli sürüb. Düşünürəm ki, bu təkliflər çox yaxşıdır və fayda gətirəcək”.