XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

15 İyun 2018 - 16:57

Azərbaycanlı və gürcü politoloqlar Gürcüstandakı vəziyyəti müzakirə etdi –Diaspor hadisələrdə hansı rolu oynayır?

Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubu Gürcüstanda soydaşlarımızın iştirakı ilə baş verən hadisələr, hökumətin istefası, TANAP-ın işə salınması ilə bağlı ekspert müzakirələri keçirib. 

Müzakirələrə Azərbaycan –Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubunun moderatoru Zaur Məmmədov, ekspertləri İlqar Vəlizadə, Zaur İbrahimli, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, energetika və təbii sərvətlər nazrinin keçmiş müavini Hüseyn Yusubov, politoloq Vasiko Qivati iştirak  ediblər. Qeyd olunan mövzularla bağlı onlayn müzakirələr hər iki ölkə cəmiyyətində baş verənlərlə bağlı obyektiv ictimai rəy formalaşması, ekspert icmasının baxışının diqqətə çatdırılması, dezinfromasiya cəhdlərinin qarşısının alınması məqsədilə keçirilib.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov bildirib ki, “soydaşlarımızın iştirakı ilə baş verən hadisələr və həbslər Gürcüstanda geniş rezonans doğurub. Diaspora fəalları və siyasi aktivistlər bu hadisələrin etnik amillərlə bağlı olduğunu hesab etmirlər. Həbslərlə siyasi müstəvidə gerçəkləşən hadisələrin üst-üst düşməsində bir sıra qaranlıq məqamların olmasını görməmək mümkün deyil. Bununla belə qeyd etməliyik ki, soyadaşlarımız arasındakı bu münaqişənin daha sivil həlli yolu tapılmalıydı”. 

Azərbaycanlıların Tbilisidə mitinqlərdə çox da fəal olmadığını diqqətə çatdıran Yusubov növbəti seçkilərə hazırlıqlarla bağlı qeyd edib ki, bu partiyaların mövqeyindən çox asılıdır: “Marneulidəki sonuncu seçkilərdə əsas partiyalar azərbaycanlıları namizəd kimi göstərmişdi”.

Müzakirələr zamanı diasporun fəaliyyətinə toxunan Hüseyn Yusubov Diasporla İş üzrə Dövlət Komitəsində əvvəlki rəhbərlik dövründə Azərbaycanın diaspor siyasətində müşahidə olunan problemlər barədə çox açıq danışaraq, növbəti dövrdə bu yanlışlıqların aradan qaldırılması üçün ciddi addımların atılmasının vacibliyini vurğuladı. Onun fikirincə, diaspora təşkilatları ilə iş şəffaf aparılmalıdır, həmçinin daha çox mənəvi dəstək və motivasiyaya üstünlük verilməlidir.

Politoloq Vasiko Qivati hökumətin istefası ilə Marneueli şəhərinin azərbaycanlı merin həbsi arasında birbaşa səbəb-nəticə əlaqəsi olmadığını önə çəkdi. Onun sözələrinə görə, artıq bir müddətiydi ki, Baş nazirin istefaya göndərilməsi hakim partiyanın rəhbərliyinin gündəliyində idi: “Bu məsələ KİV-də də bir neçə dəfə qaldırılmışdı. Amma, istefa qərarının qəbulu üçün əsaslı bəhanə yoxuydu. Müxalifət məktəblilərin qətli ətrafında rezonans doğuran insidentdən bacarıqla istifadə edərək hökumətin istefası ilə bağlı öz rolunu çox şişirdir və kütləvi etirazlrdan siyasi dvident əldə etmək istəyirdi. Mitinqlərin əvvəlində insanların hiddətinin səbəbləri aydın olsa da, vaxt keçdikdə meydanlarda sosial narazı kütləni siyasi qruplar əvəzlədi.

Qivati, TANAP-ın açılışında Gürcüstan rəhbərliyinin təmsil olunmamasının ciddi rezonans doğurduğuna diqqət çəkib: “Bu məlumatdan sonra bütün ekspert icması çox narahat olub. Hələ bunu real səbəbləri barədə danışmaq tezdir. İstənilən hlada bu insident Tbilisinin Bakı və Ankara ilə münasibətlərinə təsir etməyəcək”.

 Gələcək hökumətə gəldikdə isə, politoloq qəti əminliyini ifadə edib ki, Gürcüstanda baş nazir, hökumət və prezident əvvəlki kimi qərbyönümlü kursu davam etdirəcək.

Öz növbəsində, müzakirələr zamanı azərbaycanlı ekspertlər Gürcüstanın Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu, orada baş verənlərin diqqətlə izlənildiyini bildiriblər. Qeyd ediblər ki, Gürcüstanda baş verənlərin Azərbaycanda obyektiv qiymətləndirilməsinə çalışırlar. Eyni mövqeyi də gürcü həmkarlarından gözləyirlər: “Azərbaycan və Gürcüstanı əsrlərdən bəri strateji və dostluq əlaqələri bir-birinə bağlayır. Hələ yüz il əvvəl dövlət müstəqilliklərini elan edən zaman bizim ölkələr bütün sahələrdə əməkdaşlıq və beynəlxalq arenada bir-birini dəstəkləmək barədə razılıq əldə etmişdilər. On illiklər sonra yenidən dövlət müstqilliklərini bərpa edəndən sonra bu ənənələr saxlanılıb. Bu baxımdan Azərbaycan və Gürcüstanın bu regionda əməkdaşlığı, birgə fəaliyyət və tərəfdaşlığın misilsiz nümunəsidir. Bu heç də hamıya xoş gəlmir. İkitərəfli münasibətlərin bütün dərin məzmununu anlamaq və sonradan düzəldilməsi mümkün olmayan yanlışlıqlara yol verməmək lazımdır. Azərbaycan diasporu daxili siyasi münaqişələrin aləti ola bilməz. İlk növbədə Gürcüstanın öz təhlükəsizlik maraqları nöqteyi nəzərindən və Azərbaycanla əməkdaşlığı persvektivindən bu ola bilməz.

Azərbaycanlı siyasi təhlilçilərlə gürcü ekspertlərinin sıx əməkdaşlığını ölkələr arasında münasibətlərin inkişafına müsbət dinamika verəcəyini düşünürlər. Bu istiqamətdə birgə işləməyi vacib sayırlar”.