XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 23:28

ADP prezidentlə müxalif siyasi liderlərin görüşünü istəyir –Partiyada toplantı

adpBu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib.

Partiyadan Strateq.az-a daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair müzakirələr olub.

Toplantı iştirakçıları ilk növbədə Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasına münasibət bildirib. İdarə Heyəti müşavirədə ölkədə yaranmış sosial-iqtisadi gərginliklərin aradan qaldırılması istiqamətində səsləndirilən bəyanatların, irəli sürülən təkliflərin hec də son həddə çatan hazırkı iqtisadi durumun yaxşılaşdırılması, ölkəni düşdüyü sosial-iqtisadi gərginliklərdən xilas etmək üçün uyğun və yetərli olmadığını diqqətə çatdırıb.

Qeyd edilib ki, müşavirənin nəticələri hökumətin yaranmış böhrandan çıxmaq üçün mükəmməl proqram-konsepsiyasının olmadığını göstərir və bu müşavirədə səslənən fikirlər ölkədəki vəziyyətin ağırlığına adekvat deyil.

Partiya rəsmiləri iclasada süni bahalaşmanın qarşısını almaq üçün yerli istehsal malların qiymətinə inzibati müdaxilələr edilməsi, dövlət nəzarətinin gücləndirlməsi ilə əlaqədar səslənən fikirlərin kiçik və orta biznesin hüquqlarının pozulması, onların sıradan çıxarılması, bütövlükdə azad bazar iqtisadiyyatı fəlsəfəsinin tələblərinə qarşı olması kimi dəyərləndirib və hakimiyyəti bu cür süni müdaxilələrlə deyil, müasir iqtisadi qanunauyğunluqlar əsasında addımlar atmağa çağırıb.

İdarə Heyətində ölkədə yaranmış sosial-iqtisadi böhranın aradan qaldırılması, anti-böhran haqda müzakirələrin aparılması üçün dövlət başçısı ilə siyasi müxalifət liderlərinin bir masa ətrafında toplaşmasının, müxalifətin ölkənin mövcud vəziyyətdən çıxarılması ilə bağlı təkliflərinin ən yüksək səviyyədə dinlənilməsinin vacibliyi qeyd edilib.

İdarə Heyəti son vaxtlar yaranmış sosial-iqtisadi gərginliklər, süni bahalaşma, manatın kəskin şəkildə devalvasiyaya uğraması fonunda ölkənin ayrı-ayrı yerlərində spontan başlayan etirazların inkişaf edərək ölkədə xaos, idarə olunmaz vəziyyətin yarana biləcəyindən narahat olduğunu bildirib və hakimiyyəti bir daha baş verən bu narazılıqlardan nəticə çıxarmağa, devalvasiyaya uyğun olaraq əmək haqlarını kompensasiya etməyə, təcili olaraq demokratik, siyasi və sosial-iqtisadi islahatlar istiqamətində addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar qonşu İran dövləti və Səudiyyə Ərəbistanı Krallığı arasında yaranan münaqişənin bütövlükdə müsəlman dünyası üçün ağır nəticələr verməsindən narahat olduğunu bildirib və bu münaqişənin iki dövlət arasındakı təriqət və məzhəb davasından doğduğuna diqqət çəkərək, müsəlman dövlətlərini bu cür məzhəb davalarından uzaq olmağa, hər iki dövləti fəlakətə sürükləyən yersiz münaqişələrdən qaçmağa çağırııb.