XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

16 İyun 2018 - 11:13

Əli Əhmədovdan müxalifətə ittiham –"Bizimlə üz-üzə gələ bilməyib sosial şəbəkə altında gizlənirlər"

“Bizim rəqiblərimiz açıq siyasi meydanda üz-üzə gəlməkdən qorxaraq, “sosial şəbəkə” pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər”. Strateq.az-ın “Trend”-ə istinadən verdiyi xəbərə görə,  bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı gənclərlə görüşdə deyib.

Ə.Əhmədov bildirib ki, YAP gəncləri sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirlər: “İstərdim ki, gənclərimiz bu sahədə son dərəcə fəal olmaqda davam etsinlər. Çox təəssüflər olsun ki, rəqiblərimiz bu texnoloji imkanlardan siyasi etikaya uyğun gəlməyən formada istifadə edirlər. Bu gün sosial şəbəkələrdən sui-istifadənin qarşısını almaq mümkün deyil. Yəqin gələcəkdə bu texnoloji imkandan sui-istifadə etmək imkanları mümkün olmayacaq. Rəqiblərimiz üz-üzə gələ bilməyərək sosial şəbəkələr arxasında gizlənib tərbiyəsizlik edirlər, sosial şəbəkələrdən Azərbaycanın adına uyğun gəlməyən formada istifadə edirlər”.

Baş nazirin müavini bu cür insanların fəaliyyətinə imkan yaratmamağa çağırıb: “Mən istərdim ki, gənclərimiz sosial şəbəkələrdən siyasi etikaya, insanlığa uyğun gəlməyən formada istifadə edən insanlara meydan verməsinlər”.