XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

17 İyun 2018 - 12:40

Türkiyə səfiri:“Altı minə yaxın türk vətəndaşı Azərbaycanda səs verəcək”

 

Bu gün 60 xarici ölkədə Türkiyə prezidenti və parlamenti seçkilərində səsvermə keçirilir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, Bakı ilə yanaşı səsvermə Türkiyənin Naxçıvanda və Gəncədəki baş konsulluqlarında keçirilir: “Bakıda 5 minə yaxın, Naxçıvanda – 600-dan çox, Gəncədə isə 200-dən çox seçinin səs verəcəyi gözlənilir”.

Özoral həmçinin bildirib ki, Azərbaycan ərazisində seçki məntəqələri Bakı vaxtı ilə 21:00-da bağlanacaq. Qeyd edək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları səsvermədə iştirak edirlər.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq.