XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 İyun 2018 - 18:50

Milli Şura Elçibəyin 80 illik yubiley tədbirinə yer axtarır –Mədəniyyət sarayının rəhbərliyi müxalifətin müraciətinə "yox" deyib

Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının rəhbərliyinin həmin məkanda mərhum keçmiş prezident Əbülfəz Elçibəyin 80 illiyi ilə bağlı tədbirin keçirilməsindən imtina etdiyi bildirilir.

Strateq.azın verdiyi xəbərə görə, bu haqda Azərbaycan Xalq Cəbhəsi Partiyası( AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli “Turan”a açqılamasında bildirirb.

Onun sözlərinə görə, ötən ayın sonunda Demokratik Qüvvələrin Milli Şurası və AXCP Ə.Elçibəyin 80 illiyinin təntənəli qeyd olunmasından ötrü yer ayrılması məqsədilə mədəniyyət sarayına müraciət edib.

Saray rəhbərliyi onların müraciətinə iki gün əvvəl cavab verib. Cavabda yer ayrılmasından imtina olunduğu deyilir. Səbəb kimi texniki məsələlərin göstərildiyi vurğulanır.

İmtina cavabını hökumətin müxalifətçilərə ayrı-seçici münasibətinin təzahürü sayan N.Məmmədlinin sözlərinə görə, adıçəkilən sarayda palanlaşdırılan tədbir Elçibəyin yubileyi ilə bağlı tədbirlər planının bir hissəsi olub. Onun sözlərinə görə, iİmtina cavabından sonra tədbirlər planına məcburi dəyişikliklər ediləcək. “ Turan” agentliyinin xəbərinə görə, Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı-ndan onlara imtina cavabının sırf texniki məsələlərlə bağlı olduğunu deyiblər.

Xəbərə görə, qeyd ediblər ki, sarayda bir neçə ay əvvəlcədən planlaşdırılan müxtəlif tədbirlər keçirilir. Buna görə də, bəzi hallarda müraciətlərə yerlərin dolu olması və bəzən də müəyyən başqa texniki səbəblərdən imtina cavabı verilir.