XƏBƏR LENTİ

27 Fevral 2021
26 Fevral 2021

Digər Xəbərlər

22 İyun 2018 - 09:28

Dövlət bayrağının asılması qaydaları dəyişdi –Novruz Məmmədov qərar verdi

Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın 12-1-ci hissəsində “mavi” sözü “yaşıl” sözü ilə əvəz edilir.

Dəyişikliyə əsasən, Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.