XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

22 İyun 2018 - 18:32

Əli Məsimli:“Dövlət qulluqçularının maaşları artırılsın”  

“Büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin az qala 22 faiz təşkil etməsi düzgün deyil. Bu, haradasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir. Çünki bu, nəticə etibarı ilə korrupsiyanın baş verməsinə şərait yaradır”.

bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

Millət vəkili dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını da təklif edib: “Bu il bir dəfə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətin 100 illiyi ilə bağlı bir dəfə də artım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqı aşağıdır”. (Sputnik)