XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 İyun 2018 - 13:07

Ermənistanın ikinci prezidenti Robert Köçəryanı həbs gözləyir:qətllər, teraktlar, qarətlər

Sərkis Artsruni

1-in am, 23.06.2018

 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 1-in am-ı və “Jamanak” qəzetini növbəti dəfə məhkəməyə verərək guya onun ünvanına böhtana görə 2 milyon dram kompensasiya tələb edib. Robert Köçəryanın müstəqil mətbuata qarşı başladığı mübarizədə növbəti addımın səbəbi bu dəfə 2018-ci il iyunun 7-də saytda və qəzetdə dərc edilmiş və 1Mart işi üzrə (Ermənistanın I prezidenti Levon Ter-Petrosyan tərəfdarlarının 2008-ci ilin fevralında Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələrinə qarşı martın 1-də təşkil etdiyi kütləvi etirazlar zamanı nümayişçilər atəşə tutulub və səkkiz nəfər həlak olub-red.) araşdırmanın ölü nöqtədən dəbərə biləcəyi, məlum hadisələr vaxtı daxili qoşunların o vaxtkı komandiri Qriqor Qriqoryanın sorğulandığı və nümayişçilərə atəş açmaq əımrinin o zamankı prezident Robert Köçəryanın verdiyi qeyd olunan “Qriqor Qriqoryan Robert Köçəryana qarşı ifadə verib, sonuncu həbs edilə bilər” başlıqlı məqalədə içərilənib.

Köçəryanın ofisi və Xüsusi İstintaq Xidməti (XİX) bizim dərcimizi təkzib etməyə tələsib, Robert Köçəryan isə böyük məbləğ tələb edərək bizi məhkəməyə verməyi kəsdirib.

Robert Köçəryan hətta ölkədə meydana çıxan keyfiyyətcə yeni durumda da öz fəaliyyət üslubunu dəyişmir. İkinci prezidentə elə gəlir ki, o, KİV-ləri əvvəlkitək susmağa vadar edə bilər – özünün qanlı fəaliyyətinin izlərini silmək qəsdilə.

Alınmayacaq. General Manvel Qriqoryan da (Qarabağ müharibəsinin iştirakçısı; onun dəstəsi Ermənistanda qarət və reketliklə məşğul olub-red.) yeni durumu qeyri-adekvat dəyərləndirib və indi onun kədərli odisseyasının gedişinin necəliyi məlumdur.

Yeri gəlmişkən, Robert Köçəryan elə həmincə məntiqlə Ermənistanın bütün vətəndaşlarını da məhkəməyə verə bilər: hamı arqumentli şəkildə hesab edir ki, martın 1-də Ermənistan vətəndaşlarını güllələmək əmrini məhz o verib. XİX-də 1 Mart işininn təhqiqatına yeni start verilib və Robert Köçəryan çox tezliklə müttəhimlər kürsüsündə görünəcək – onun xoflanmasının səbəbi, bax, budur.

Biz yazmışıq və yenə də təkrar edirik ki, Robert Köçəryan 27 Oktyabr (1999-cu il oktyabrın 27-də bir dəstə terrorçi İrəvanda Ermənistan Milli Məclisinin binasına soxularaq parlamentin spikeri Karen Dəmirçiyanı və baş nazir Vazgen Sərksiyanı və digər altı nəfəri güllələyib-red.) cinayətinin daxili mənfəətdarıdır, çünki yalnız Vazgen Sərkisyan və Karen Dəmirçiyanın cəsədləri üzərindən hakimiyyəti öz əlində cəmləşdirə bilib və kriminal oliqarxiya qarəti vasitəsilə milyarder ola bilib – dollarla ifadədə.

Yeri gəlmişkən, simvolikdir ki, doxsanıncı illərin əvvəlində Artsaxda (Dağlıq Qarabağda-red.) Robert Köçəryanın hakimiyyəti yenə də qan üzərində formalaşıb – o zaman Artsax (Dağlıq Qarabağ-red.) Ali Sovetinin sədri Artur Mkrtçyan müəmmalı şəraitdə qətlə yetirilib. Robert Köçəryanın prezidentlik onilliyi qətllərlə, teraktlarla, qarətlə doludur. Onun hakimiyyəti 1 Mart və 27 Oktyabr cinayətlərilə səsləşir. Təxmin etmək qalır ki, Köçəryana ittihamlar birinci növbədə məhz hansı iş üzrə elan olunacaq.

Biz isə Robert Köçəryanın həyata keçirdiyi bütün cinayətlərə üz tutmağı  bənd-bənd davam etdirəcəyik: heç bir cinayət cəzasız qalmır.

Tərcümə Strateq-az.ındır.