XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2018 - 11:01

Qırğızıstanın sabiq prezidentinin qardaşı Azərbaycana səfir təyin edilib –FOTO

 

Qırğızıstan prezident Sooronbay Jeenbekov Azərbaycana yeni səfir təyin edib.

1news.az xəbər verir ki, yeni səfir Bolot Otunbayevdir. Hazırda Rusiyada səfir olan Otunbayev iqamətgahı Moskvada olmaqla eyni zamanda  Ermənistana səfir təyin edilib. B.Otunbayev Qırğızıstanın sabiq prezidenti Roza Otunbayevanın qardaşıdır.

O, 1965-ci ildə Oş vlayətində anadan olub. Moskva Dövlət Universitetinin tarix fakültəsini, Rusiya XİN yanında Dplomatik Akademiyanı bitirib. Otunbayev ölkəsini Finlandiya, Danimarka, Norveç, İsveç, Almaniyada səfir vəzifəsində təmsil edib.