XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

27 İyun 2018 - 16:16

AŞPA həmməruzəçiləri Azərbaycana gələcək- Səfərin vaxtı açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın bu ilin sentyabrında Azərbaycana səfər edəcək.

Bu barədə “Report”un Qərbi Avropa bürosuna açıqlamasında həmməruzəçinin özü məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, S.Şennakla birlikdə Azərbaycana səfəri nəzərdə tutulan AŞPA-nın digər həmməruzəçisinin qurumun hazırda Strasburqda keçirilən yay sessiyasında seçiləcəyi gözlənilir.

Xatırladaq ki, AŞPA Sezar Florin Predanı qurumun Azərbaycan üzrə həmməruzəçisi vəzifəsindən kənarlaşıdırıb. Onu əvəzləyəcək yeni həmməruzəçinin isə Avropa Şurası Komitəsinin mayın 29-da Parisdə keçiriləcək qapalı iclasında seçilməsi planlaşdırılırdı. Seçkilərin təxirə salınmasına səbəb bu vəzifəyə hələlik hansısa bir namizədin müəyyənləşməməsi olub.