Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb.
APA-nın məlumatına görə, sessiya bu gün keçirilən ikinci iclasla işini yekunlaşdırıb.
Spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib. Növbədənkənar sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.