XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

30 İyun 2018 - 15:12

Türkiyə prezidenti Azərbaycana səfər edə bilər- İyulun birinci ongünlüyündə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycana səfər edə bilər.

“Report”un “Timetürk”ə istinadən verdiyi məlumatına, o, həmin tarixdə Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyini söyləyib.

“Bundan əvvəl Türkiyə prezidenti deyib ki, prezident seçiləcəyi təqdirdə ilk xarici səfərini Azərbaycana edəcək. Ona görə də Ərdoğanın Şimali Kiprdən Azərbaycana yola düşəcəyini demək olar”, – xəbərdə qeyd edilib.

Məlumatda vurğulanıb ki, R.T.Ərdoğan iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

Qeyd edək ki, iyulun 8-də Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək.