XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 18:36

QAT iqtidarla müxalifətin birgə Qarabağ mitinqinin keçirilməsini istəyir –Siyasi liderlərə müraciət edib

 

Qarabağ Azadlıq Təşkilatı (QAT) 21 iyul tarixinə təyin etdiyi Qarabağ mitinqinə hazırlıq işlərini genişləndirir.

Bu məqsədlə bütün siyasi partiya, ictimai təşkilat rəhbərləri, tanınmış Qarabağ döyüşçüləri ilə iki gün sonra məsləhətləşmələrin aparılması nəzərdə tutulur.

Musavat.com-a QAT-dan verilən məlumata görə, artıq siyasi, ictimai xadimlər, döyüşçülərə, o cümlədən, İsa Qəmbər, Əli Kərimli, İsgəndər Həmidov, Cəmil Həsənli, Mirmahmud Mirəlioğlu, Fazil Mustafa, Hacı İlham Əliyev, Sabir Rüstəmxanlı, Tural Abbaslı, Sərdar Cəlaloğlu, Hacı İlqar İbrahimoğlu, Pənah Hüseyn, Firidun Məmmədov, Vaqif Əlisoy, Arif Paşa, Aydın Şükürov, Əli Əliyev, Rövşən Əhmədli, İxtiyar Şirin, Əvəz Zeynallı, Qurban Cəbrayıl, İqbal Ağazadə, Rizvan Talıbov, Sülhəddin Əkbər, Elşad Musayev, Natiq Cəfərli, Qubad İbadoğlu, Tahir Abbaslı, Füzuli Rzaquliyev və digərlərinə müraciət edilib, ilkin razılaşma əldə olunub.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədova məktub göndərilib.

QAT sədri Akif Nağı bildirib: “Bizim məqsədimiz Qarabağın azadlığı tələbinin daim, permanent, fasiləsiz olaraq gündəmdə saxlanılmasından ibarətdir. Bu məqsədlə daxildə, ölkədən kənarda davamlı işlər görülür. Bu mitinqlə Qarabağın azadlığına dair ümummilli vahid iradəni bütün dünyaya nümayiş etdirmək istəyirik. Ona görə də bu mitinqdə iqtidarlı-müxalifətli hər kəs iştirak etməlidir”.