XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 20:50

ABŞ-dakı türk yazardan xəbərdarlıq:"İRANA QARŞI "KÜRD PLANI" HƏR AN İŞƏ DÜŞƏ BİLƏR"

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 06 iyul 2018-ci il

 

Türkiyədəki seçki kampaniyası müddətində ABŞ rəhbərliyinin heç bir pilləsində prezidentlik üçün hansı namizədə üstünlük verdikləri haqqında rəsmi olaraq bir söz belə, deyilmədi.

Rəsmi olaraq durum belə olsa da, danışdığım bütün səlahiyyətli şəxslər, adları verilməmək şərtilə, seçimlərini və mövqelərini aydın şəkildə ortaya qoydular. Hətta əlimdə üz-üzə danışmadığım şəxslərdən bu məsələ ilə bağlı gəlmiş e-maillər də var.

Mövcud rəhbərliyin prezident Ərdoğana qarşı mənfi münasibətdə olması sirr deyil. İkitərəfli münasibətlər məsələsinin açıldığı hər söhbətdə buradakı vəzifəli şəxslər prezident Ərdoğana qarşı mənfi reaksiyalarını göstərirlər.

Bəzilərinin reaksiyasının isə aktiv düşmənçilik dərəcəsinə çatdığını görə bilirik. Bu üzdən Ərdoğanın seçilməməsinin imkansız olduğunu bilsələr də, ABŞ rəhbərliyinin hansı seçki nəticəsinə üstünlük verəcəyi soruşulduqda, prezident olaraq Məhərrəm İncəyə, TBMM-də isə güclü bir CHP və HDP mövcudluğuna üstünlük verdikləri aydın görünürdü.

Onların verdiyi bu üstünlüyün təməlini araşdırdıqda, sadəcə Ərdoğan əleyhdarlığı ilə izah edilə bilməyən fərqli bir durumun olduğunu gördüm.

 

Kürd planı

 

Ağ Evin siyasətlərinə təsiretmə gücünə sahib olan bu adamların beyinlərində, hər zaman olduğu kimi, arxa planda daima bir regional kürd planı olduğunu gördüm. Əgər seçki nəticələri istədikləri kimi olsaydı, ABŞ-ın bir həll prosesinin başlaması arzusunda olacağı dəqiq məlum idi.

Təbii, həll prosesi olsaydı, məqsədləri regionda bir kürd qurumunun yaradılması olacaqdı.

Köhnə vərdişlər asanlıqla ölmürlər. Pentaqonda, neokon vəzifəli şəxsin otağında regionumuzdakı bir kürd dövlətinin xəritəsini gördüyüm 1992-ci ildən bu yana ABŞ-ın, əslində İsrailin arzu etdiyi bu kürd planından heç cürə tamamilə imtina edə bilmədiyi də görünürdü.

Hazırda Vaşinqtonda neokon yevangelistlər güclü olduğuna görə, regionda, İrana qarşı İsrailin də təhlükəsizliyini təmin edəcəyi düşünülən bir kürd (dövlətinin – tərc.) qurumunun yaradılması planı təkrarən “qızdırılaraq” hər an gündəliyə gətirilə bilər. Hakimiyyətin hər bir qurumunda Türkiyə və Suriya ilə əlaqədar bir baş plan çıxarma prosesinin getdiyi xatırlanarsa, bu təhlükəni bilib, ona görə tədbir almaq lazım gələcəkş

 

Planları sarsıldı

 

Əslində “Fərat qalxanı”“Zeytun budağı” əməliyyatlarından sonra ABŞ rəhbərliyi öz planını istədiyi kimi reallaşdırmaq ümidindən vaz keçməyə başlayıb. Deyilir ki, Menbiçlə bağlı başladılan ortaq yol xəritəsinin reallaşdırılması prosesi “bu planın tamamilə təxirə salınmasına səbəb ola bilər”.

Ancaq İrana qarşı duracaq bir kürd qurumunun yaradıması layihəsi hələ ki, xüsusilə İsrailin təzyiq etməsilə, tam mənası ilə təxirə salınmayıb. 16 iyulda keçiriləcək Putin-Tramp görüşünün çox yaxından izlənməsi və bu görüşün nəticələrinin Vaşinqton administrasiyasına necə təsir edəcəyininin mütləq yaxşı anlaşılması lazımdır.

Tərcümə Strateq.az-ındır