XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 10:55

“Hər hansı məsələyə şərh vermək fikrim yoxdur” –Sabiq nazirdən yeni açıqlama

namiq-abbasov“Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi. Onun əvəzində iki dövlət qurumu yaradıldı. Yeni  qurumların uğurlu fəaliyyət göstərəcəyinə ümid edirəm”. 

Mia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov deyib.

O, tapşırılan hər bir işin uğurlu olacağına ümid etdiyini qeyd edib:

“Dövlət başçısının istənilən məsələ barədə atdığı addımlara hörmətlə yanaşıram. Təhlükəsizliyimiz sahəsində dövlət başçısının verdiyi qərarların əzmlə yerinə yetiriləcəyinə inanıram”.

Namiq Abbasov mətbuata açıqlama vermək məsələsində fikirlərinin dəyişmədiyini söyləyib: “Deyəsən, siz məni mətbuatda qəhrəmana çevirmək istəyirsiniz. Amma mənim hər hansı məsələyə şərh vermək fikrim yoxdur. Əvvəla, təqaüdçü adamam. Bir kənara çəkilmişəm. Siyasətlə məşğul olmuram. Düşünürəm ki, təqaüdçü bir adamın nəsə fikirlər səsləndirməsinə lüzum yoxdur”.

“Aktiv həyat üçün heç darıxmırsınız” sualına sabiq nazirin reaksiyası belə olub:

“Məncə, təqaüddə olan adam darıxmamalıdır. Kənddə yaşayıram. Artıq neçə illərdir ki, şəhər mühitindən kənardayam. Demək olar ki, kənd həyatına alışmışam.
Hər gün təbiətlə təmasda olmaq insana zövq verir. Şəhərin səs-küyündən uzağam. Hava yaxşı olanda vaxtımı bağda keçirirəm. Bağda görüləsi o qədər işlərim var ki!”

Xatırladaq ki, Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.

Sonra təqaüdə göndərilib.