XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 21:27

“Oğluma əfv ərizəsi yazdırmaq istəyirlər” –İlkin Rüstəmzadənin anası Ombudsmana və dövlət qurumlarına müraciət etdi

Həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin anası Atlas Hüseynova iyulun 8-də mənzilində mətbuat konfransı keçirib.

O deyib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan İlkin Rüstəmzadə həbsdə olduğu 5 il yarımda həmişə təzyiq altında olub və indi də oğluna basqılar davam edir.

Anası deyib ki, İlkin Rüstəmzadə həbs olunanda 20 yaşı olub, indi isə 26 yaşı var:

“Oğlum bu günlərdə əməliyyat edilib, amma bizdən bunu gizlədib. Onu bir qədər sonra tibb məntəqəsində saxlamayıblar və bildiriblər ki, yuxarıdan belə tapşırıq veriblər. Ona təzyiqlər hər gün artır, telefon zənglərinə məhdudiyyətlər qoyulduğundan o, bundan imtina etdib. Pentinsiar Xidmətə müraciət etsəm də, reaksiya yoxdur. Yalnız qurumun mətbuat katibi Mehman Sadıqovla dünən, iyulun 7-də danışa bilmişəm. O da rəhbəliklə danışacağını söyləyib. Eyni zamanda, Ombudsman Aparatına təzyiqlər barədə məlumat vermişik. Təəssüf ki, son iki gündə müvafiq qurumlarla danışa bilməmişəm. Biz gələn həftədən müraciətimizi davam etdirəcəyik… Biz dövləti idarə edənlərə deyirik, oğlumuzu azad edin”.

Atlas Hüseynova deyib ki, oğlu “Əsgər ölümlərinə son!” aksiyasına görə həbs edilib:

“Oğluma təzyiqlərin kökündə əfv ərizəsi yazdırmaq dayanır. Amma İlkin deyir ki, mən əfv ərizəsi yazsam, deməli, günahımı etiraf etmiş olaram. Mən burdan oğlumdan əl çəkmələrini istəyirəm. Onun bir dəfə məcburi şəkildə saçlarını qırxıblar… Bu işə hökm verənlər nə istəyirsiniz ondan, tarix heç nəyi unutmur, heç olmasa haqqı deyin”.

İyulun 7-də isə NİDA Vətəndaş Hərəkatı İlkin Rüstəmzadnin müraciətini yaymışdı.Təqribən anasının səsləndirdiyi bu fikirlərin əks olunduğu müraciətdə İ. Rüsəmzadə yazırdı:“İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var…”

Hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, eləcə də 13 Saylı Cəzaçəkmə Müəssisəsindən nə İlkin Rüstəmzadənin müraciətinə, nə də ansının dediklərinə münasibət almaq mümkün olub .

Ancaq bundan öncə qurumdan oxşar şikayətlərlə bağlı bildiriblər ki, məhbuslara siyasi, dini baxışlarına görə, heç bir fərq qoyulmur, onlarla yalnız qanunlar çərçivəsində davranılır.

(Amerikanın səsi)