XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2018 - 16:59

Baş nazirin sabiq müavini güllələnən icra başçısına qarşı çıxanları lənətlədi:"Ölümünü istəyənlərə Allah lənət eləsin"

“Elmar Vəliyevə qarşı edilən silahlı hücum dövlətimizə qarşı atılan addımdır”. 

Strateq.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycanın Baş nazirinin sabiq müavini Abid Şərifov bildirib.

A.Şərifov deyib ki, Elmar Vəliyev yaradıcı insandır: “Elmar Vəliyev Gəncəni yenidən qurub yaradıb. Mənim ona böyük hörmətim var. İnşallah sağ-salamat qayıdıb öz yerinə gələcək. Onun ölümünü istəyən adamlara Allah lənət etsin”.

Baş nazirin sabiq müavini qeyd edib ki, Elmar Vəliyevə qarşı edilən silahlı hücum terror hadisəsidir: “Əgər dövlətə qarşı bu cür terror hadisəsi baş verirsə, bu, hər şeyə qarşı deməkdir”.