XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2016 - 19:38

Deputatın təklifi var – Daxili istehsalı artırmaqla bağlı

Fruits_240612Azərbaycanda ilk növbədə kənd təsərrüfatı sahəsində daxili istehsalın artırılması lazımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov deyib.

Deputat bildirib ki, əhalinin ərzaqla təminatı vacib məsələlərdəndir: “Buna görə də Azərbaycan kənd təsərrüfatı sahəsini inkişaf etdirərək əhalisinin məhsula olan tələbatını özü ödəməyə çalışmalıdır”.

Bunun üçün Azərbaycanda əlverişli təbii şəraitin olduğunu da vurğulayan deputat hesab edir ki, sahibkarlar kənd təşərrüfatı sahəsi üzrə fəaliyyət göstərməyə də maraqlarını artırmalıdırlar.

R.Məmmədhəsənov əlavə edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi əhalinin rifahının yüksəldilməsi, eləcə də sahibkarların fəaliyyəti üçün daha səmərəli şəraitin qurulması baxımından olduqca müsbət addımdır.