XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2018 - 15:50

Türkiyə səfiri:"Gəncədə cinayət törədənlərin cəzalandırılması üçün lazım olan yardımı edəcəyik"

Türkiyə Azərbaycan əleyhinə yönələn hər bir təhdidə qarşı çıxır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Gəncədə baş verən hadisələrdən təəssüfləndiyini deyən səfir əlavə edib ki, terrora qarşı aparılan mübarizədə Türkiyə sonadək Azərbaycanın yanında olacaq. E.Özoral bildirib ki, Gəncədə cinayət törədənlərin cəzalandırılması Türkiyə tərəfinin də gözləntiləridir və bunun üçün lazım olan yardımı edəcək.

Diplomat onu da qeyd edib ki, Naxçıvanın da hər zaman güclü olması Türkiyənin marağındadır. Bunun üçün Türkiyə lazım olan yardımı göstərir.