XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2018 - 14:59

Arman Melikyan Ermənistanın işğalçı olduğunu etiraf etdi:"Məqsəd Artsax ermənilərinin təhlükəsizliyini təmin etməkdir" - MÜSAHİBƏ

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq Xarici İşlər naziri Arman Melikyan Ermənistandakı “1in.am” saytına müsahibəsi zamanı Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması faktını, dolayısı ilə, təsdiqləyib.

O, müsahibəsində NATO-nun yekun Bəyannaməsində Cənubi Qafqazdakı münaqişələrin dinc yolla həllinə çağırışla bağlı fikirlərini bildirib. Xatırladaq ki, Bəyannamənin 67-ci bəndində deyilir: “NATO bütün tərəfdaşların xarici siyasət və təhlükəsizlik siyasəti sahəsində, xarici təzyiq və məcburetmə olmadan, müstəqil və suveren qərarlar vermək hüququnu dəstəkləməyə davam edir… NATO Cənubi Qafqazdakı münaqişələrin dinc tənzimlənməsinə yönəlik səyləri dəstəkləməyə davam edir. Biz təkidlə bütün tərəfləri konstruktiv və gücləndirilimiş siyasi iradə ilə münaqişələrin dinc tənzimlənməsilə məşğul olmağa çağırırıq”.

Strateq.az Arman Melikyanın həmin müsahibəsinin tərcüməsini oxucularına təqdim edir:

 

Cənab Melikyan, bu Bəyannamədə yer alan formullar erməni tərəfinin maraqlarına nə qədər uyğun gəlir?

– NATO bəyannaməsində bizim milli maraqlarımızı təhdid edən formullar yoxdur. Bizim milli maraqlarımız üçün təhdid respublika hakimiyyətinin danışıqlar prosesindəki yanaşmaları idi. Bu yanaşmalar, mahiyyətcə, Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün konkret ilkin şərtlər yaradırdı və bu şərtlər təklif edilən Madrid prinsipləriylə dinc tənzimləmə formulunda əyani şəkildə öz əksini tapdı. Danışıqları aparan erməni tərəfinin keçmişdə buraxdığı səhvləri düzəltmək lazımdır və bunun üçün tam imkanlar bu gün, hələ ki, mövcuddur.

– Problemin tərəflərdən birinin xeyrinə həll edilməsinə üstünlük verilməsi təhlükəsi varmı?

– Əgər Ermənistanın yeni hakimiyyəti yeni və dəqiq təşəbbüslərlə çıxış etməyəcəksə və yaranmış vəziyyətdə sıçrayışa nail olmayacaqsa, problemin Azərbaycan tərəfindən təklif edilən ekstremist və güzəştsiz tələblərə uyğun olaraq həlli perspektivi real olaraq qalacaqdır. Həmçinin qeyd edim ki, bunun üçün bizim  o qədər də çox vaxtımız yoxdur – danışıqların yeni strategiya və taktikasını işləyib hazırlamaq və onları işə salmaq üçün bugünkü hakimiyyətin sayılı ayları var. Cəbhə xəttində rəqibin hərbi aktivliyinin qarşısının alınması baxımından, effektiv danışıqlar proqramının işlənib hazırlanması və işə salınmasına 5 milyon dollar sərf etməyin silah əldə etməyə 500 milyon dollar xərcləməkdən daha böyük təsir göstərə biləcəyinin dərk edilməsinin mühüm olduğu da qeyd edilməlidir.

– Ərazi bütövlüyü prinsipinin öncəliyi digər beynəlxalq qurumlara da onların Qarabağ münaqişəsi məsələsində mövqeyi baxımından təsir edə bilərmi?

– Artsax (mətndə belə gedir – tərc.) münaqişəsilə bağlı olaraq ərazi bütövlüyü prinsipinin öncəliyi məsələsinin qaldırılması, əslində yersizdir. Ermənistanın, böyük ölçüdə, Azərbaycana qarşı ərazi tələbləri yoxdur. Ermənistan Silahlı Qüvvələrinin Artsaxda olmasının yeganə müstəsna məqsədi vardır – Artsax ermənilərinin təhlükəsizliyinin təmin edilməsi. Artsax xalqının Azərbaycan tərəfindən genosidinin qarşısının alınması üçün Ermənistan, BMT üzvü olan bir dövlət kimi, ondan asılı olan hər şeyi etməli idi. Ermənistan bu öhdəliyini yerinə yetirib və gələcəkdə də yerinə yetirməyə davam edəcək. Lakin, təkrar edirəm, öncəki danışıq aparanların yanaşmaları nəticəsində biz əlverişsiz duruma düşmüşük və bu, düzəldilməlidi.