“Ölkədə vətəndaşlara kreditlər manatla verilsəydi, bu gün kreditlərin geri qaytarılmasında problemlər meydana çıxmazdı”.
Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deyib.
Oi bildirib ki, Azərbaycan bazarında xarici valyutadan istifadənin qarşısı alınmalıdır: “Xaricdən 1-2 milyard gətirməklə problem həll olunmaz”.
Q. Həsənquliyev iclasda iştirak edən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmova vətəndaşlara dollarla kreditlərin verilməsinin düzgün olmadığını irad tutub.
“Xaricdə oxuyan azərbaycanlı tələbələrin təhsil haqqını dollarla verməsi valideynlərin problemlə üzləşməsinə səbəb olur. Çünki burada manatın dəyərdən düşməsi valideynlərin övladlarının təhsil haqqını dollarla ödəməsində çətinlik yaradır”.