XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 İyul 2018 - 11:19

Tacikistan Prezidenti Azərbaycana səfərə gələcək- Avqustda

Tacikistan Prezidenti Emoməli Rəhmon avqustda Azərbaycana səfərə gələcək.

“Report”un “Asiya-Plus” saytına istinadən verdiyi xəbərə görə, Tacikistanın dövlət başçısı Bakıya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında səfər edəcək.

Səfər zamanı iki ölkə arasında sənədlər paketinin imzalanması nəzərdə tutulur.

E.Rəhmon avqustda həmçinin Özbəkistana və Türkmənistana da səfər edəcək.