XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2018 - 13:11

Avropa Birliyi Ermənistan üçün “Marşal planı” hazırlayır –Vaşinqtonda da maliyyə yardımı haqda müzakirələr aparılır

“Lragir.am”,

Ermənistan, 18 iyul 2018-ci il

 

Ermənistan Baş nazirinin mətbuat katibi Arman Yeqoyan “Radio Azatutyun”a (Azadlıq Radiosu – red.) bildirib ki, Ermənistan Avropa Birliyindən kifayət qədər böyük miqdarda maliyyə yardımı gözləyir və hazırda bu məqsədlə müvafiq proqram işlənib hazırlanır.

Qloballaşma və regional əməkdaşlıq təhlil mərkəzinin rəhbəri Stepan Qriqoryanın sözlərinə görə, Avropa Birliyi Ermənistan üçün“Marşal planı” hazırlayır. Qriqoryan deyib: “Ermənistan Avropa Birliyi ilə əməkdaşlığı intensivləşdirmək istəyir, lakin azad ticarət zonasına daxil olmaq məsələsini qoymur… Anladığıma görə, bizim hökumətimiz 1 mlrd. avroluq proqram təqdim edəcək”.

Bu, AB üçün nə dərəcədə məqbul olacaq və bu miqdar Nikol Paşinyanın Brüssel səfəri zamanı razılaşdırılıbmı? Digər təhlilçi Stepan Səfəryanın dediyi kimi, Yerevan geopolitik düzəlişlərə hazırlıq nümayiş etdirərsə, AB Ermənistana qarşı addım ata bilər.

Ermənistan eyni zamanda ABŞ-dan investisiya və yardım almaq istəyir, lakin görünür bu işdə Amulsar əsas maneə olub.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin sözlərinə görə, yeni irimiqyaslı amerikan investisiyaları haqqında danışmaq hələ çox tezdir. “Radio Azatutyun”la söhbətində səfir bildirib ki, onlar ABŞ-ın biznes icmasından Ermənistanda mövcud olan imkanlar haqqında çoxsaylı sorğular alırlar, ancaq potensial investorlar hələlik ölkədə başlayan korrupsiya ilə mübarizənin və digər proseslərin hansı istiqamətdə gedəcəyini müşahidə edirlər. Məsələn, istismar edilməsi üçün amerikan-ingilis kampaniyası olan “Lydian”a lisenziya verilən Cermuk yaxınlığında olan Amulsardakı qızıl mədəninin istismarı məsələsi. Amerikan diplomat deyib: “Potensial amerikan investorları görmək istəyirlər ki, amerikan, eləcə də yerli kampaniyalarla bağlı olan problemlərə hökumət necə münasibət göstərir. Vergi prosedurları təhqiq olunarkən onlara ədalətli münasibət göstərilirmi?Onlar həmçinin “Lydian” kampaniyası ilə bağlı məsələləri və hökumətin belə həssas və mübahisəli məsələləri necə həll etdiyini, bu proses zamanı həmin kampaniyaya ədalətli münasibətin göstərilib-göstərilmədiyini izləyirlər”.

USAİD-in erməni ofisinin rəhbəri Debora Qriser “Radio Azatutyun”un sualına cavab verərkən deyib ki, Ermənistana yardımın artırılması ətrafında müzakirə artıq aparılır. Onun qeyd etdiyinə görə, “Ermənistan hökumətinin bəzi rəhbərləri hazırda, elə bu gün ABŞ-ın paytaxtındadırlar və mən düşünürəm ki, onlar bu məsələ haqqında müzakirə aparırlar. Məncə, Vaşinqton bu barədə bəyanat verəcək, ona görə də bu dəfə şərh verməkdən qaçınacam”.

Tərcümə Strateq.az-ındır