Azərbaycan-Türkiyə münasibətləri “bir millət – iki dövlət” prinsipinə əsaslanıb.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib.
Səfir qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya, eyni zamanda qardaş toplumlara çatdırılmasında medianın rolu çox böyükdür.
E.Özoral vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri fərqli müstəvidədir: “İki ölkə arasında əlaqələr “bir millət – iki dövlət” prinsipinə əsaslanıb”.
Diplomat bildirib ki, 2018-ci il iki ölkənin münasibətlərində çox mühüm il olub.