XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

21 İyul 2018 - 19:31

Rusiya Prezident Şurasının üzvü:"Azərbaycan Qafqaz regionunda dialoq üçün meydan rolunu oynayan mühüm dövlətdir"

Azərbaycan Rusiyanın və ölkənin ictimai təşkilatlarının fəal tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu “Vestnik Kavkaza” agentliyinə Rusiya Xalqları Assambleyası ictimai təşkilatının 20 illiyinə həsr olunmuş Rusiya Xalqları Konqresi zamanı ölkənin millətlərarası münasibətlər üzrə Prezident Şurasının üzvü Vladimir Zorin deyib.

Şura üzvü bildirib: “Hesab edirəm ki, bu meydançada biz bundan sonra da konstruktiv qarşılıqlı fəaliyyət göstərəcəyik. Azərbaycan Avrasiya məkanında həm moderator, həm də Qafqaz regionunda dialoq üçün meydan rolunu oynayan, mühüm, tanınmış dövlətdir”.

Zorinin sözlərinə görə, Azərbaycanın Avrasiya xalqlarının Assambleyasında iştirakı böyük perspektivə malikdir.