XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 12:35

“Ermənistanda bir araya gələcəklər, özləri çalıb, özləri oynayacaqlar” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 aprel qondarma soyqırım günü bir sıra dünya liderlərinin İrəvana edəcəkləri səfərə münasibət bildirib.

Qafqazino Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan soyqırım mərasimləri ilə bağlı “Ermənistanda bir araya gələcəklər, özləri çalıb, özləri oynayacaqlar” ifadəsini işlədib:

“24-də nə edəcəklər? Ermənistanda bir araya gələcəklər, özləri çalıb, özləri oynayacaqlar. Danışıb edəcəklər. Türkiyənin ünvanına təhqirlər səsləndirəcəklər. 24 apreldə biz də çanakkalada bir araya gələcəyik, amma bizim gündəmimizdə Ermənistan olmayacaq. 23 apreldə, yəni sabah biz dünya barışı haqda danışacağıq, bizim fərqimiz bundadır”.