XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2018 - 21:02

Deputatdan növbəti xəbərdarlıq:"Bu, iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir"

“Müğənni Zara Mqoyanın Bakıya göndərilməsi son zamanlar baş verən hadisələrin davamıdır və iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir”.

Strateq.az xəbər verir ki, bu sensasion fikirləri Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında deyib.

Həsənquliyev bildirib: “İşğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən, Ermənistanı tərifləyib, işğalı pisləməyən qadının Bakıya göndərilməsi son zamanlar baş verən hadisələrin davamıdır və iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir. Sözsüz ki, siyasətdən uzaq təşkilatçı artistlər bunun fərqinə vara bilməz. Digər rəsmilər isə qorxularından reaksiya verə bilməyiblər”.

Strateq.az xatırladır ki, Q.Həsənquliyev bir müddət əvvəl Mingəçevir və Gəncə hadisələri ilə bağlı ölkə mediasına müsahibəsində hər iki olayı “hakimiyyətə verilən mesaj” kimi qiymətləndirərək, payızda ölkəni sərt sınaqların gözlədiyi haqda xəbərdar etmişdi.

Millət vəkili açıq mətnlə bildirmişdi ki, əgər hakimiyyət sürətli islahatlara, o cümlədən əhəmiyyətli kadr dəyişikliklərinə getməzsə, müəyyən xarici qüvvələr daxildəki dayaqlarının əliylə hakimiyyətin dəyişdirilməsi istiqamətində cəhdlərə əl atacaqlar: “…Bu hadisələri təşkil etməklə bizə ismarıc yolladılar. Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüşqabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat savaşına bənzəyir. Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq. Xalqın iqtidara qarşı çıxmadığını görüb, bu dəfə hansısa bölgəni terrorçu qruplar (“Yaşıl adamcıqlar”) vasitəsilə mərkəzi hökumətin nəzarətindən çıxarmağa və dövlət çevrilişinə cəhd edə bilərlər. 

Doğrudur, xalq iqtidara qarşı çıxmadı, amma bu, yetərli deyil və xalqın daha fəal iqtidarın müdafiəsinə qalxması lazımdır. 1993-cü il iyunun 4-də baş verən qiyamın verdiyi dərsləri unutmalı deyilik. Nəzərə alsaq ki, kənarda və elə iqtidarın daxilində də oyuncaq prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir və təəssüf ki, həm də Azərbaycan türklərinin dövləti olan İran, Azərbaycana münasibətdə həmişə Rusiyanın mövqeyindən çıxış edir, deməli, bizi ciddi sınaq gözləyir. Ona görə də hökumət qarşıdakı aylarda ciddi və düşünülmüş qərarlar qəbul etməli, Rusiya və İranla eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beynəlxalq birliyi baş verənlər barədə məlumatlandırmalıdır”.