XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2018 - 11:38

TRAMPIN TÜRKİYƏ ƏLEYHİNƏ FİKRİ POMPEONU ÇAŞDIRIB –ABŞ dövlət katibi Ərdoğan və Putinlə anlaşmağa çalışır - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 28 iyul 2018-ci il

 

Xarici işlər naziri Mayk Pompeonun Prezident Trampın “Türkiyəyə sanksiya tətbiq edərik” yazaraq, “tweet” atmasını çaşqınlıqla qarşıladığı və xüsusilə də ondan bu məzmunda bir “tweet”i gözləmədiyini söylədiyi bildirilir.

Vaşinqtonda işlərin necə aparıldığını yaxşı bilən qaynaqlar Xarici işlər naziri Pompeonun Prezident Trampın Prezident Ərdoğanla qurduğu şəxsi əlaqəyə çox güvəndiyini və iki liderin mövcud olan bəzi problemlərin həlli üçün birgə işləyəcəyinə inandığını qeyd edirlər.

 

O “tweet” emosional bir reaksiya idi

 

Həmin qaynaqlar, buna rəğmən, Trampın o tweet”i atmasını emosional bir reaksiyaya bağlayırlar. Xüsusilə Ağ Evin daxili iş qaydasını yaxşı bilən qaynaqlar o tweet”in atılmasından öncə Trampın bəzi həssas məsələlərin həllində artıq Türkiyə ilə birgə addımlar atılmağa başlanacağına özünü inandırmış olduğunu və xüsusilə rahib Branson probleminin bitiriləcəyini düşündüyünü vurğulayırlar.

Bunun iki lider arasında əldə edilən bir anlaşmaya dayandığı, yoxsa Prezident Trampın bu məsələnin həllində bir inkişaf olacağına özünü inandırmasından qaynaqlandığı isə dəqiqləşdirilməyib.

“Washington Post” qəzetində yer alan, İsraildəki bir türk vətəndaşının sərbəst buraxılmasını (onun qarşılığında da rahib Bransonun azad edilməsini – tərc.) da nəzərdə tutan ssenari ilə bağlı heç bir qaynaqdan təsdiq alınmayıb. Ancaq qəzet hakimiyyətdəki iki qaynağından təsdiq alındığını, bu xəbərin doğru olduğunu söyləyir.

Prezident Tramp, Prezident Ərdoğanla da Putinlə qurduğu birgə çalışma mühitini yaratmaq istəyir. Bunun ABŞ-ın milli maraqları baxımından yaxşı olacağını hakimiyyətdəki əsas fiqurlardan yalnız Pompeo müdafiə edir. ABŞ-ın milli təhlükəsizlik qərarlarını verən bir “rəislər” (və ya “şeflər”) komitəsi var. Əsas fiqurlar anlayışı da buna dayanır.

Bu komitə son zamanlarda sadəcə İranla bağlı olaraq toplanır.

Vaşinqtondakı qaynaqlar Trampın öz instinktlərinə çox güvəndiyini, bu üzdən də ona verilən dosyelərdən heç birini oxumadığını və sadəcə duyğularına güvənərək hərəkət etdiyini vurğulayırlar.

Putinlə keçirdiyi son görüşdən öncə də ona verilən 100 səhifəlik brifinq mətninin bir səhifəsini belə oxumamış və öz bildiyini etmişdi.

Ərdoğan məsələsində də Tramp, ətrafını sarmış neokon-yevangelist dairələrin sərt reaksiyalar verilməsilə bağlı tələblərini dinləmək yerinə, bunları aşaraq Türkiyə ilə münasibətlərin normallaşmasını təmin etmək istəyir.

Eyni qaynaqlar son sürpriz tweet”indən öncə Trampın hansısa bir səbəblə özünü artıq bu işin baş tutacağına inandırdığını, rahib Branson ev həbsinə alındıqda isə böyük bir məyusluq yaşadığını, emosional reaksiya verərək, o tweet”i atdığını söyləyirlər.

Həqiqətən də, həmin tweet”dən sonra nələrin olacağını öyrənmək üçün araşdırma apardıqda Ağ Evdən bu məsələ ilə bağlı heç bir hazırlığın olmaması haqqında cavab aldıq.

Mütəxəssis olan digər bir mənbə isə diqqəti başqa maraqlı məsələyə çəkdi. O, “Şimali Koreya lideri ilə baş verənlərə baxın. Orada da Tramp, Şimali Koreya lideri haqqında ağıza alınmayacaq qədər sərt sözlər işlətmişdi. Ancaq sonra birdən-birə çox sağlam şəkildə addımların atıldığı üz-üzə uzun danışıqlar da oldu. Türkiyəyə verilən bu emosional reaksiyadan sonra da birdən-birə münasibətlərin düzəlməyə başlamasını görərsək, kimsə təəccüblənməsin” dedi.

Anlayacağınız odur ki, Prezident Trampın Türkiyə haqqında atdığı tweet” hakimiyyətin müvafiq qurumlarında çaşqınlıq yaradıb. İndi yaranmış durumun necə aşılacağı üzərində düşünürlər.

Tərcümə Strateq.az-ındır