XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 16:02

Azərbaycanda 8 partiya məhkəmə hökmünə etiraz bəyanatı yaydı
Bu gün “Azadlıq-2015” seçki bloku (KXCP, Azadlıq, Aydınlar, VİP, BAP, ALDP, AzDP, AXP) hüquq müdafiəçiləri İntiqam Əliyevlə Rəsul Cəfərlinin barəsində çıxarılan məhkəmə hökmünə etiraz bəyanatı yayıb.
Strateq.az-a daxil olan bəyanatda deyilir:
“İntiqam Əliyev və Rəsul Cəfərliyə qarşı çıxarılan ədalətsiz ittiham hökmləri ilə Azərbaycan cəmiyyətində daxili siyasi gərginliyin aradan qaldırılacağı ümidlərinə ağır zərbə vurulmuşdur. Bu açıq–aşkar siyasi təqib aktlarını hər hansı bir zərurətlə izah etmək mümkün deyildir. “Azadlıq–2015″ seçki blokunda birləşən siyasi partiyalar hesab edirlər ki, geosiyasi güclərin arasında savaş getməsi bəhanəsi ilə ölkədə repressiya mühitinin yaradılması, fundamental hüquq və azadlıqların pozulmasına haqq qazandırmaq, demokratik islahatların reallaşdırılmaması, korrupsiyaya qarşı mübarizənin aparılmaması alternativ informasiya vasitələrinin susdurulması yolverilməzdir”.
Strateq.az