XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2018 - 16:18

Türkiyənin Gəncədəki baş konsulunun diplomatik missiyası başa çatıb –Vida mərasimi keçirilib

Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orhan İşıkın diplomatik missiyası başa çatıb.

Bununla bağlı Baş Konsulluqda vida mərasimi keçirilib.

Orhan İşık çıxışında fəaliyyəti dövründə ona dəstək olan şəhər rəhbərliyinə və onunla birgə çalışan bütün kollektivə təşəkkür edib. Daha sonra tədbirdə iştirak edən, içtimai və mətbuat nümayəndələri ilə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, O.İşık Türkiyənin Gəncə şəhərində fəaliyyət göstərən ikinci konsulu olub. Avqustun 15-dən isə bu vəzifəni Zeri Öztürk davam etirəcək/Report.