XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

01 Avqust 2018 - 21:05

Azərbaycan XİN rusiyalı jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı jurnalistlərin vəfatı ilə əlaqədar başsağlığı verib.

Başsağlığı Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

Başsağlığında deyilir: “MAR-da faciəli şəkildə ölən rusiyalı jurnalistlərin doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, dünən MAR-da 3 rusiyalı jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko öldürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin